12 C
Baku
Sunday, October 27, 2024

“Axios” ABŞ-ın bank sistemində böhran barədə xəbərdarlıq edib

ABŞ Prezidenti Co Bayden administrasiyası tezliklə bank sistemində böhranla üzləşəcək və buna ABŞ-ın ən böyük banklarından biri olan “Silicon Valley”in müflisləşməsi təsir göstərəcək.

Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir.

“Axios” yazır ki, Federal Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) görə, SVB müflis olduqdan sonra bütün sığortalanmış əmanətlər yeni bir təşkilata – “Deposit Insurance National Bank of Santa Clara”ya köçürüləcək. Xatırladaq ki, bank martın 11-də müflis olub.

SVB startaplara kredit verməklə məşğul olub və özəl xidmətlər göstərib. Onun müflis olması səbəbindən bir çox startap təsisçiləri bankda saxlanan pulların dondurulması və ya itirilməsi halında işçiləri ixtisar etməli olacaqlarından qorxurlar.

Son xəbərlər
Digər xəbərlər