9 C
Baku
Tuesday, December 16, 2025

Axios: ABŞ və Ukrayna arasında növbəti danışıqlar 20–21 dekabrda keçiriləcək

Kiyev və Vaşinqton arasında növbəti danışıqlar raundu bu həftəsonu — 20 və 21 dekabr tarixlərində, ehtimal ki, Mayamidə baş tuta bilər.

“Axios” portalının həmsöhbətinin sözlərinə görə, görüşdə hər iki ölkənin işçi qrupları və hərbi nümayəndələri iştirak edəcək.

Dekabrın 15-də Berlində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında sülh planının müzakirəsinə həsr olunmuş danışıqların ikinci raundu başa çatıb. Vaşinqton tərəfdən görüşdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner iştirak edib, Ukrayna nümayəndə heyətinə isə Ukrayna prezidenti Volodimir Zelenski rəhbərlik edib. Danışıqlar iki gün davam edib.

Danışıqlardan sonra Ukrayna prezidenti bildirib ki, görüş zamanı ölkə üçün mübahisəli olan sülh sazişinin bütün bəndləri üzrə razılıq əldə olunmayıb. “Münaqişənin başa çatması üçün şərait yaratmaq məqsədilə görüşmək və işləmək lazımdır”, — deyə Zelenski vurğulayıb.

Bununla yanaşı, ukraynalı diplomatların birinin “Bloomberg”ə bildirdiyinə görə, Ukrayna və ABŞ nümayəndələri mümkün sülh sazişinin müzakirəsində irəliləyiş əldə ediblər və günün sonuna qədər razılaşmalara daha da yaxınlaşacaqlarına ümid edirlər. Bu məlumatı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər