Yeni müəllim sinfə gələrək bir şagirdin digərləri tərəfindən lağa qoyulduğunu və axmaq adlandırıldığını görür. Tənəffüs zamanı müəllim şagirdlərdən onu niyə axmaq adlandırdıqlarını soruşur.
-Müəllim, o həqiqətən də axmaqdır. Əgər ona dəyəri az, lakin böyük olan 5 gümüş şekel və dəyəri böyük, lakin ölçüsü kiçik olan 10 şekel versəniz o 5 şekel seçəcək. Çünki elə bilir ki, ölçüsü böyük olan gümüş pul daha bahadır. Budur, baxın…
Oğlan cibindən iki qəpik çıxarır və axmaq adlandırdığı oğlandan birini seçməsini istəyir. Oğlan həmişəki kimi 5 gümüş şekeli seçir. Müəllim təəccüblə soruşur:
– Nəyə görə sən, 10 şekeli deyil, 5 şekeli seçdin?
– Müəllim, baxın, axı bu həqiqətən də böyükdür!
Dərsdən sonra müəllim həmin şagirdə yaxınlaşdı.
-Sən həqiqətən anlamırsan ki, 5 şekel sadəcə ölçüsünə görə 10 şekeldən böyükdür və onunla daha çox şey almaq olar?
-Əlbəttə başa düşürəm.
-Bəs onda nəyə görə 5-i seçirsən?
-Çünki, əgər mən 10-u seçsəm, onlar birdə heç vaxt mənə pul verməyəcəklər.