20 C
Baku
Tuesday, October 1, 2024

“Axmaqların qızılı” haqqında maraqlı faktlar

Pirit və yaxud yalançı qızıl – təbiətdə ən geniş yayılmış sulfiddir. Parlaq sarı-qızılı rəngdə olan bu dəmir sulfid rənginə görə qızılı xatırladır və əbəs yerə “axmaqların qızılı” adını almayıb. Bu ad ona işğalçılığın populyar olduğu dövrlərdə verilmişdi. İspan işğalçılar qızıl zərgərlik nümunələrinə “qonşu” olan piritdən hazırlanmış zərgərlik əşyaları üçün rəhm etmədən hinduları qarət edir və öldürürdülər. Mineral yerli əhali tərəfindən yüksək qiymətləndirilir və “müqəddəs daş” hesab edilirdi. Piritin qızıl olduğuna inanan ispanlar onu özləri ilə Avropaya aparır. Əlbəttə ki, təhsilli insanlar uzaq ölkələrdən gəmilərlər bu mineralın ardıyca gələn zadəganları gülüş obyektinə çevirmişdilər. Piriti Alyaskada “qızıl hərisliyi” dövründə də qızılla səhv salırdılar. Bu mineral daim qızılı müşayiət edir.

Bu hadisə Cek Londonun əsərlərində yaxşı təsvir edilib. O zaman təhsilli insanlar da qızıl axtarışına qoşulmuşdular, bu səbəbdən də baş verəcək faciələrin qarşısı nisbətən də olsa alınmışdı. Piriti orta əsrlərdə kükürd kolçedanı adlandırmağa başlayırlar. Mədənçilər  mis, dəmir, arsen və digər parlaq metalları belə adlandırırdılar. Bu zamanlar pirit “Alp almazı” adı ilə Avropada populyarlıqla istifadə olunurdu. Piritdən hazırlanmış zinət əşyaları Fransada daha məşhur idi. Bu mineralla ayaqqabıların üzəri, corabların bağları, qolbaqlar, saatların üzəri və hətta gündən qorunmaq üçün olan çətirlərin üzəri bəzədilirdi. Lakin bu zinət əşyaları tez bir zamanda qaralır və rütubətdə belə desək, paslanırdı.

Bu gün pirit sənaye ehtiyacları üçün istifadə olunur və onun yalnız çox az bir hissəsi zərgərlərin əlinə düşür. Bu mineraldan betonun hazırlanması üçün istifadə edirlər. Təəssüflər olsun ki, onun “həyat müddəti” elə də çox deyil. Adi şəraitdə o bir neçə ilə ovulur. Mineral oksigen və dəmir oksidinin təsiri altında parçalanır və pis qoxulu qaz əmələ gəlir. Bundan ən çox əziyyət çəkən kolleksiyaçılardır. Onlardan bəziləri piritdən hazırlanmış nümunələri vakuum vitrində saxlayırlar. Digərləri başqa çıxış yolu axtarır və onu parafin və yaxud kanifolda qaynadır, bitki yağı ilə sürtür və üzərinə lak çəkirlər. Lakin onun qorunmasının ən zəmanətli üsulu vakuum vitrində saxlamaqdır. Yeri gəlmişkən, qızılı piritdən fərqləndirmək elə də çətin deyil. Qızıl yumşaqdır və dişlədikdə bunu hiss etmək olar. Piritlə isə hətta şüşə sındırmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər