10 C
Baku
Wednesday, December 11, 2024

İş axtaran zaman özümüzə necə mane oluruq?

İş axtaran zaman bizim qarşımıza bir sıra problemlər, maneələr çıxır. Lakin iş axtaran milyonlarla insan üçün ən böyük maneə elə onlar özləridir. 

Hər kəs səhv edə bilər. Əsas olan, öz səhvlərini görmək, onları tapmaq, düzəltməyi öyrənməkdir.

Öz səhvini qəbul etmək onu düzəltmək yolunda atılmış ilk addımdır. Lakin əksəriyyət insanlar öz səhvlərini qəbul edə bilmirlər.

Biz sizə bu məqalədə iş axtaran insanların buraxdığı əsas səhvlərdən danışacağıq.

Əzmin olmaması

Digər sözlərlə, siz müəyyən bir öhdəliyə köklənə bilmirsiniz. Siz öz tərcümeyi- halınızı nəzərdən keçirtmək üçün kompüterin qarşısına keçirsiniz, lakin qəfildən sosial şəbəkələrdə yenilikləri yoxlamaq qərarına gəlirsiniz, yadınıza düşür ki, artıq 10 dəqiqədir ki, öz poçtunuzu yoxlamamısınız, ya da gülməli şəkillərə və videolara baxmaq istəyirsiniz. İki saat keçir siz isə hələ də əsas öhdəliyinizə başlamamısınız.

Narahat olmayın, bu hamının başına gəlir.

Bəzi insanlar təzyiq altında çalışırlar, azadlıq alınca isə heç bir öhdəliyə başlaya bilmirlər. İşlərimizi təxirə salaraq biz özümüzü əmin edirik ki, bizim vaxtımız hələ çoxdur və biz hələ iş tapmağa vaxt tapacağıq.

Vəziyyəti necə düzəltməli: İlkin növbədə iş axtarmağa işə yanaşdığınız kimi yanaşın. Hər bir öhdəliyi vaxtında etmək lazımdır. İş axtaran zaman başqa fəaliyyətlərə fikrinizin yayılmaması üçün özünüz üçün iş və istirahət vaxtlarını təyin edin. Məsələn, 40 dəqiqə iş axtarırsınız, 20 dəqiqə isə istirahət edirsiniz. İstirahət vaxtınız bitdikdən sonra yenidən işə başlayın.

Özünüzə əminliyin olmaması

Təbii ki, siz özünüzdən razı olmamalısınız. Sadəcə olaraq siz özünüzə əmin olmalısınız.

Bəzən bizə elə gələ bilər ki, nəyisə üçün bizim biliklərimiz, bacarıqlarımız yetmir. Bu bizə hər təklif olunan işlə razılaşmağa, sizin ambisiyalarınıza uyğun olmayan aşağı mövqelər axtarmağa vadar edir. Əgər siz özünüz özünüzə inanmırsınızsa, işə götürən sizə necə inansın?

Vəziyyəti necə düzəltməli: Öz bacarıqlarınızın və güclü tərəflərinizin siyahısını tutun, onu təhlil edin.

Həmçinin daha öncə etdiyiniz öhdəliklərin və sadəcə  yaxşı bacardığınız işlərin siyahısını tutun.

Əgər fikir versək, siz çox şey bacarırmısınız. Əsas odur ki, bunu unutmayın.
Həmçinin yadda saxlayın ki, tədricən siz bu siyahını uzada bilərsiniz və uzatmalısınız da. Bu siyahı sizə müsahibələrdə özünüzü əminliklə təqdim etməyə imkan verəcək.

Od ilə oyun

Sizin dostunuz sosial şəbəkədə sizi nüfuzdan salan şəkildə qeyd edib? Bu çox gülməli və əyləncəli bir haldır. Lakin ciddi vəzifəsi olan bir şəxsə yaraşmır. Siz bunu bilirsiniz, lakin heç bir tədbir almırsınız. Çünki elə hesab edirsiniz ki, bu sizin şəxsi işinizdir və yaxud düşünürsüniz ki, işə götürən sizin haqqınızda şəxsi məlumatları yoxlamayacaq.

Bəlkə də siz haqlısınız və bu hal sizin işinizə mənfi təsir göstərməyəcək.

Bəlkə də siz həmin şəkildəki qeydi silsəydiniz, sizə daha çox iş təklifi gələcəkdi. Sosial şəbəkələr işə düzəlmək prosessini çətinləşdirə bilər.
Nəzərə alın ki, sizin işə qəbul olmağınıza mənfi təsir göstərə biləcək hər bir nüans sizin odla oynamağınıza bərabərdir.

Vəziyyəti necə düzəltməli: İlkin olaraq qəbul etmək lazımdır ki, sizin bir sıra hərəktləriniz işə götürənin gözündən sizi sala bilər. Sizin bununla razılaşıb razılaşmamağınızın heç bir əhəmiyyəti yoxdur. Kiçik bir detal belə hər şeyi korlaya bilər. Risk etməyə isə dəyməz.

Siz tərcümeyi halınızda sizin haqqınızda yaxşı tövsiyyə verə biləcək insanların həqiqi olmayan əlaqə nömrələrini qeyd etmisiniz? Siz ümid edirsiniz ki, həmin nömrələrə heç kəs zəng etməyəcək? Bəs birdən işə götürən həmin nömrəyə zəng etdi? Onda nə olacaq?

Əgər tövsiyə əvəzinə işə götürən «Bu nömrəyə zəng çatmır» sözlərini eşitsə, yəqin ki, işə götürən daha sizə etibar etməyəcək.

Son xəbərlər
Digər xəbərlər