13 C
Baku
Friday, May 17, 2024

“Ay-Min” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalına qadağa qoyulub

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 16 ünvanında fəaliyyət göstərən, “Ay-Min” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı sexində yoxlama keçirilib.

Yoxlama zamanı kolbasa məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələrin nəticələrinə əsasən məhsulda nitritin kütlə payının texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi aşkar olunub. Eyni zamanda müəssisənin anbarında və istehsalat sahəsində temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı müəyyən edilib. Yoxlama zamanı istehlaka yararsız 25 kiloqram müxtəlif əmtəə nişanlı kolbasa məhsulları aşkarlanıb və satışı qadağan edilib.

Aşkarlanmış nöqsanlarla əlaqədar müəssisədə kolbasa və sosiska məhsullarının istehsalının dayandırılması barədə qərar qəbul edilib, müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər