Ay və Marsı mənimsəmək üçün əlavə $1,6 mlrd. ayrılır

0

ABŞ prezidenti Donald Tramp Ay və Marsın mənimsənilməsi üzrə proqramın reallaşdırılması üçün NASA-nın büdcəsinə əlavə 1,6 milyard dollar ayıracaq.

Banker.az  xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu öz “Twitter”ində qeyd edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Mənim administrasiyam zamanı biz NASA-nın böyüklüyünü bərpa edirik və biz özümüz Aya qayıdırıq, ardınca isə Marsa yollanacağıq. Mən fəzaya daha geniş şəkildə qayıtmağımızdan ötrü əlavə 1,6 milyard dolların daxil edilməsi üçün [NASA-nın] büdcəsini yeniləyirəm”, – deyə o yazıb.