“Vodafone” və “Nokia” şirkətləri 2019-cu ildə Ayda “4G” mobil şəbəkəsini qurmaq niyyətindədirlər. Bu barədə “Hightech.fm” saytı məlumat yayıb.
Mənbə qeyd edir ki, bu məqsədlə Yerin peykinə xüsusi avadanlıq göndəriləcək.
Məhz bu qurğu vasitəsilə yüksək dəqiqliklə məlumat axını Ayın landşaftından Yerə ötürüləcək. Şəbəkə ilə göndərilən videoçarxlar və digər məlumatlar missiyanın Berlindəki idarəetmə mərkəzinə Ayda gəzən iki “Audi” aparatını idarə etməyə imkan verəcək.
“Nokia”nın texniki direktoru Markus Ueldon bildirib ki, bu missiya kosmosun öyrənilməsi üçün böyük əhəmiyyət daşıyır. Çünki gələcək uçuşlar zamanı qurğu ekstremal şəraitdə çalışacaq və bəşəriyyət kosmosdan məlumatların ötürülməsinə öyrəşməyə başlayacaq.