Ayda bir bankomatdan nə qədər pul çıxarılır?

May ayında Azərbaycanda bir ATM-ə (bankomat) düşən əməliyyatların orta aylıq həcmi təxminən 700 min manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

May ayında bir ATM-ə düşən əməliyyatın sayı 3 038, əməliyyatın orta ayıq həcmi isə 227.8 manat təşkil edib.

Bu il bir ATM-ə düşən əməliyyatın sayı 2 281-3 417, əməliyyatın orta ayıq həcmi isə 227-239 manat arasında dəyişib.

2021-ci ilin may ayında bir POS-a düşən əməliyyatların orta aylıq sayı 130.2, həcmi isə 6477 manat təşkil edib. Mayda POS üzrə bir əməliyyatın orta aylıq həcmi 50.9 manat təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər