“Gömrük tariflərinə yenidən baxılması mümkündür”.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
A. Əliyevin sözlərinə görə, tariflərin azaldılması və ya artırılması hökumətin hüququdur: “Biz bununla bağlı təklifimizi vermişik. Təkliflər də ondan ibarətdir ki, biz Azərbaycanda istehsal olunan mallara “yaşıl işıq” yandırmalıyıq. İstehsalçıların hüquqları qorunmalıdır. Azərbaycan istehsalı olan xammal və digər komponentlərin idxal rüsumları azaldıla bilər. Bunlar bizim təklifimizdir”.
APA-Economics