18 C
Baku
Tuesday, November 11, 2025

Aydın Əliyev: Azərbaycandan Rusiyaya Türkiyə istehsalı məhsullar ixrac edilmir

Azərbaycandan Rusiyaya Türkiyə istehsalı məhsullar ixrac edilmir.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, gömrük orqanları məshulların ixracı zamanı mütləq qaydada məhsulun mənşəyi barədə sertifikatın təqdim edilməsini tələb edir: “Biz özümüz bu istiqamətdə ciddi yoxlama aparırıq və sizi əmin edə bilərəm ki, Azərbaycandan Rusiyaya Türkiyə mənşəli məhsullar ixrac edilmir”.

Son xəbərlər
Digər xəbərlər