28 C
Baku
Saturday, July 27, 2024

Aygün Əliyeva Binəqədi RİH başçısnın müavini vəzifəsindən ayrılıb

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Aygün Əliyeva Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) yeni vəzifəyə təyinat alıb. Binəqədi RİH-də bu məlumatı təsdiqlədilər.

Yeni vəzifəyə təyinat aldığından xanım Aygün Əliyeva əvvəlki işindən ayrılıb.

Xatırladaq ki, 2013-cü ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2013-cü il tarixli əmri ilə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının 25 yaşlı baş təlimatçısı Əliyeva Aygün Nəzif qızı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilmişdi.

Onu da əlavə edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini də bitirib.

 

Son xəbərlər
Digər xəbərlər