31 C
Baku
Monday, July 15, 2024

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu dəyişməyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanda real ÜDM-in artımını yenidən 2.5% proqnozlaşdırıb.

Bu barədə AYİB-in yaydığı hesabatda bildirilib. Bank həmçinin 2024-cü il üzrə müəyyən etdiyi 2.7%-lik iqtisadi artım proqnozunu dəyişməyib. Başqa sözlə, AYİB bu ilin fevral proqnozuna hər hansı dəyişiklik etməyib.

Qeyd edək ki, AYİB 2022-ci il üzrə Azərbaycanda iqtisadi artımı 4.6% müəyyən etmişdi. Bank hesab edir ki, iqtisadi artımla bağlı proqnozun ötən ildən az olması, yəni iqtisadi artıma əsas risklər davamlı inflyasiya və əmtəə asılılığı ilə bağlıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər