Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 4% böyüyəcək.
2022-ci ildə isə ölkədə ÜDM-in artım tempinin 3,2% olacağı proqnozlaşdırır.
Qeyd edək ki, bank iyun proqnozu cari ildə Azərbaycan iqtisadiyyatının 2%, gələn il isə 0,7% böyüyəcəyini vəd edirdi.
Xatırladaq ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,3% kiçilib.