Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda layihələrin həyata keçirilməsinə ayrılan kreditləri manata konvertasiya etməyi planlaşdırır.
Bunu Trend-ə AYİB-in yerli ofisinin rəhbəri Nil Makkeyn deyib.
O, qeyd edib: “Hələ bu prosesə başlamamışıq, lakin sabah Bakıya gələcək nümayəndə heyətimiz manatla istiqrazların buraxılmasını və mövcud kreditlər üzrə manat likvidliyini müzakirə edəcək. Konvertasiya borclunun istəyi üzrə həyata keçiriləcək”.