11 C
Baku
Monday, November 25, 2024

AYİB Azərbaycan üzrə investisiya portfelini 3%-dən çox artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 884 mln.avroya (ödənilməmiş öhdəliklər daxil olmaqla) yüksəlib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici ilə müqayisədə 3.2% və ya 29 mln. avro artıb. İcra edilən layihələrin sayı isə 183-dən 184-ə yüksəlib.

Bu barədə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 90%-ni (822 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 6%-ni (59 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (32 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2.3% artaraq 818 mln.avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 184 layihə çərçivəsində 3.856 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86.4 %-i (3,331 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 13%-i özəl sektorun payına düşüb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər