9 C
Baku
Sunday, November 17, 2024

AYİB Azərbaycan üzrə investisiya portfelini 5%-ə yaxın artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 884 mln.avroya (ödənilməmiş öhdəliklər daxil olmaqla) yüksəlib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (avqust) ilə müqayisədə 4,7% və ya 40 mln. avro artıb. İcra edilən layihələrin sayı isə 181-dən 183-ə yüksəlib.

Bu barədə  AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 90%-ni (793 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (60 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2,4% artaraq 799 mln.avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 183 layihə çərçivəsində 3,768 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,5 %-i (3,260 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 13%-i özəl sektorun payına düşüb.

 

 

Son xəbərlər
Digər xəbərlər