11 C
Baku
Tuesday, November 26, 2024

AYİB Azərbaycana indiyə kimi 3.6 mlrd. dollar kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı indiyə kimi Azərbaycana 157 layihə üzrə 3.6 milyard dollar kredit ayırıb.

Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib. Bildirib ki, ayrılan kreditlərin 54%-i özəl sektorla bağlı olub.

K. Mahmudova qeyd edib ki, 2022-ci il AYİB üçün Azərbaycanda ilklər ili olub: “O cümlədən, dairəvi iqtisadiyyat və yaşıl iqtisadiyyatla bağlı bir sıra layihələr icra edilib. “IT Hub Azerbaijan” layihəsi isə Bakıdan kənarda Azərbaycanın regionlarında yeni iş fürsətləri yaradacaq və regionlara investisiya cəlbinə dəstək olacaq”.

Son xəbərlər
Digər xəbərlər