Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ilin sonunda Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 16.3%-ni təşkil edəcəyini proqnozlaşdırıb. 2022-ci ildə üzrə bu rəqəm ÜDM-in 29.8%-i həcmində müəyyən edilib.
AYİB həmçinin, birbaşa xarici investisiyaların ÜDM-də çəkisini 2023-cü il üzrə 4.8% proqnozlaşdırıb. Ötən il üzrə isə bu rəqəm 6% təşkil edib. AYİB bundan öncə isə bu il üzrə Azərbaycanda iqtisadi artımın 1.5%, 2024-cü il üzrə 2.5% təşkil edəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən bu ilin doqquz ayı üzrə Azərbaycanda cari əməliyyatlar hesabının profisiti 6.7 mlrd. dollar və onun ÜDM-də payı isə 12.5 % təşkil edib.