Avropa Yenidənqurma və İnkişaf Bankı “IT Hub Azerbaijan” layihəsi ilə bağlı 300 min dollar texniki dəstək göstərib.
Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.
O bildirib ki, Azərbaycanın regionlarında informasiya texnologiyaları üzrə mütəxəssislərin hazırlanmasına yönələn layihə çərçivəsində Bakıdan kənarda, Azərbaycanın regionlarında 80 İT mütəxəssisin hazırlanması planlaşdırılıb.
Bu, Azərbaycanın regionlarında yeni iş fürsətləri yaradacaq.