1 C
Baku
Saturday, December 14, 2024

AYİB Azərbaycanda üç bankla investisiya layihəsi imzalayacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə üç Azərbaycan bankı ilə investisiya layihəsi imzalamağı planlaşdırır.

Bu barədə AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.

“Bu il üç bankı müxtəlif maliyyələşdirmə vasitəsi (kiçik və orta sahibkarlığa, həmçinin qadın sahibkarlara dəstək, ticari maliyyələşdirmə) ilə təmin etməyi nəzərdən keçiririk”.

Xatırladaq ki, 2022-ci ildə AYİB Azərbaycanda doqquz layihəyə 86 milyon avro investisiya qoyub. Yaxın üç il ərzində investisiya layihələrinin gözlənilən portfeli isə 750 milyon dollar təşkil edir, bunun təqribən 300 milyon dolları 2023-cü ildə ayrılacaq.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər