Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın ən böyük gön-dəri yarımfabrikatları və emal olunmuş dəri istehsalçılarından və ixracatçılarından biri olan “RER Modern Hides” MMC şirkətinə 1,7 milyon avro (təxminən, 2 milyon ABŞ dolları) dəyərində təmin edilmiş kredit ayırıb.
“RER Modern Hides” MMC daha geniş müştəri bazasını və ixrac bazarlarını əhatə etməklə istehsal olunan dərinin keyfiyyətini yaxşılaşdırmağa və məhsul çeşidini genişləndirməyə imkan verəcək yeni müasir istehsal müəssisəsinin və köməkçi binaların inşası üçün maliyyə axtarışındadır.
Layihənin ümumi dəyəri 4,4 milyon ABŞ dollarıdır.
AYİB Azərbaycana yatırımlar edən aparıcı institusional sərmayədardır. Bank bu günə qədər ölkədə 175 layihəyə 3,1 milyard avro yatırım edib. AYİB həmçinin yerli kiçik və orta müəssisələrə biznes məsləhətləri verir və 1 000-dən çox müəssisəyə fəaliyyətini yaxşılaşdırmağa və böyütməyə kömək edib