18 C
Baku
Saturday, May 4, 2024

AYİB-in Azərbaycan ofisinə müvəqqəti rəhbər təyin edilib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan ofisinə müvəqqəti rəhbər təyin edilib.

Bu barədə EBRD-dən bildirilib. Məlumata görə, Kamola Mahmudovanı bu vəzifədə qarşıdakı bir ildə onun müavini Nataly Muravidze əvəz edəcək. Qeyd edilib ki, Kamola Mahmudova səhhəti ilə əlaqədar bir illik məzuniyyətə çıxıb, Londonda müalicə alır. O, vəzifəsinin icrasına 2024-cü ilin avqust ayında qayıdacaq.

Qeyd edək ki, Kamola Mahmudova 2021-ci ilin sentyabr ayından EBRD-nin Azərbaycan ofisinə rəhbərlik edir.

 

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər