2 C
Baku
Saturday, December 14, 2024

AYİB-in Azərbaycan üzrə aktiv portfeli cüzi azalıb

Bu ilin aprelin 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,153 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (martın 31-i) ilə müqayisədə4% azalıb.

Bu barədə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 78%-ni (899 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 20%-ni (234 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ni (20 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi aprel ayı ərzində 4,3% azalaraq 1,014 mlrd. avroya enib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 176 layihə üzrə 3,108 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 84,1%-i (2,613 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.

Xatırladaq ki, təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.

Son xəbərlər
Digər xəbərlər