Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 911 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 3.9% və ya 37 mln. avro azdır. İcra edilən aktiv layihələrin sayı isə 31 olaraq qalıb.
Bu barədə AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 90%-ni (820 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (64 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (27 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 3.8% azalaraq 714 mln. avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3.672 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83.5 %-i (3.066 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.