24 C
Baku
Thursday, June 27, 2024

AYİB-in Azərbaycan üzrə investisiya portfelininin həcmi azalıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi bu il yanvarın 1-nə 897 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 1.5% və ya 14 mln. avro azdır. İcra edilən aktiv layihələrin sayı isə 31 olaraq qalıb.

Bu barədə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 90%-ni (809 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (62 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (26 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 4.9% azalaraq 714 mln. avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3.624 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83.6%-i (3.024 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər