Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yenidən qurulmasına 100 milyon dollar kredit ayırıb.
Bununla bağlı bu gün Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan İnvestisiya Şirkəti və AYİB arasında müqavilə də imzalanıb.
Müqaviləni Azərbaycan tərəfdən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov və AYİB-in Davamlı İnvestisiya Bölməsinin İcraçı Direktoru Nandita Parşad imzalayıblar.