21 C
Baku
Saturday, May 4, 2024

AYİB-in Azərbaycandakı əməliyyatlarının yeni rəhbəri təyin edilib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) xanım Natali Mouravidzeni Azərbaycandakı əməliyyatlarının yeni rəhbəri təyin edib.

O, artıq Bankın Bakıdakı Daimi Nümayəndəliyində vəzifələrini icra etməyə başlayıb.

“Mən çoxdan heyran olduğum Bakı komandasına rəhbərlik etməkdən şərəf duyuram. Azərbaycan mühüm çətinliklərin öhdəsindən gəlmiş dayanıqlı iqtisadiyyata malik ölkədir. EBRD-nin Bakı komandası ilə birlikdə mən öz enerji və təcrübəmi Azərbaycanın iqtisadi bazasını genişləndirmək və qeyri-neft sektorunu inkişaf etdirmək səylərini dəstəkləməyə yönəldəcəm”, – deyə N.Mouravidze qeyd edib.

Gürcüstan vətəndaşı olan xanım EBRD-nin komandasına 2003-cü ildə qoşulub. O, direktor müavini və baş bankirdir, Bankın İstehsal və Xidmətlər sektorunun Regional Koordinatoru olub, Tbilisidəki Daimi Nümayəndəliyi rəhbər dəyişikliyi zamanı idarə edib.

N.Mouravidze Beynəlxalq Biznes və İqtisadiyyat üzrə Bakalavr dərəcəsinə (BBA), o cümlədən Amerika Birləşmiş Ştatlarından Maliyyə üzrə Biznesin İdarə Edilməsi üzrə Magistr dərəcəsinə (MBA) malikdir.

EBRD zərbaycanda aparıcı institusional investordur, burada maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 188 layihəyə 3,5 milyard avrodan çox sərmayə qoyub, onların əksəriyyəti özəl sektorda olub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər