31 C
Baku
Saturday, July 20, 2024

AYİB-in regional direktoru vəzifəsini tərk edir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera vəzifəsini tərk edir.

Banker.az Report-un Gürcüstan bürosuna istinadən xəbər verir ki,, bu barədə AYİB məlumat yayıb.

B.Balvanera bundan sonra Mərkəzi Asiya üzrə çalışacaq və bankın Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Monqolustanda əməliyyatlarına rəhbərlik edəcək. O, yeni vəzifəsinin icrasına noyabrın 15-də başlayacaq.

AYİB-in Qafqaz, Moldova və Belarus üzrə regional direktoru vəzifəsinə kimin təyin olunacağı hələ məlum deyil.

Son xəbərlər
Digər xəbərlər