2 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

AYİB ötən il Azərbaycana 34 mln. avro investisiya yatırıb

2021-ci ildə Avropa Yenidənqurma və İnk­işaf Bankı (AYİB) Az­ərbaycana 8 layihə çərçivəsində 34 mln. avro investisiya ya­tırıb.

AYİB-nin məlumatına görə, investisiyaların həcmi illik müqayisədə iki dəfə, layihələrin sayı isə 6-dan 8-ə yüksəlib. Nəticədə 2021-ci ilin noyabrın 30-na bankın Azərbaycandakı aktiv portfelinin həcmi 34 layihə üzrə 801 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Portfelin 88%-ni (709 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 9%-i (73 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (20 mln.avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.

Beləliklə, AYİB bu günədək Azərbaycana 178 layihə üzrə 3,305 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 85,5%-i (2,825 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.

Son xəbərlər
Oxşar xəbərlər