12 C
Baku
Sunday, November 17, 2024

AYİB Ukraynaya 3 mlrd. avro yardım paketini təsdiqləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Ukraynaya 2022-2023 illərdə yardım etmək üçün 3 milyard avro həcmində paketi təsdiqləyib.

Bu barədə EBRD-nin prezidenti Odil Reno-Basso Kiyevdəki görüş zamanı Ukrayna Prezidenti Vladimir Zelenskiyə məlumat verib.

Həmçinin əlavə olunub ki, bu vəsait ölkədə biznesin və iqtisadiyyatın dəstəklənməsi üçün nəzərdə tutulub.

“Mən prezident Zelenski ilə Ukrayna ilə həmrəy olduğumuzu və dəstəyimizi çatdırmaq üçün şəxsən görüşmək istəyirdim. Zelenski de öz tərəfindən bütün lazımi dəstəyin göstəriləcəyinə əmin etdi və EBRD öz öhdəsinə düşən bütün işləri görməyi qərara alıb”, – deyə o bildirib.

Xatırladaq ki, bir müddət öncə EBRD öz həmkarları ilə birlikdə bu il ərzində Ukrayna iqtisadiyyatına dəstək üçün 1 mlrd. avro ayırmaq niyyətində olduğunu bəyan edib. EBRD ayrıca qeyd etmişdi ki, bu vəsaitin 300 milyon avro həcmində olan hissəsi Ukraynanın enerji təhlükəsizliyini təmin etmək üçün “Naftoqaz” şirkətinə kredit şəklində ayrılacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər