13 C
Baku
Friday, November 22, 2024

AYİB Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün kredit ayırır

AYİB prezidenti xanım Odil Reno-Basso ilə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirə aparılıb.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu gün imzalanan sənədlərə əsasən, Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə AYİB tərəfindən dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər