Dövlət Statistika Komitəsində 2014-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı və əməkhaqqları açıqlandı.
Belə ki, muzdla çalışan işçilərin sayı 1492,3 min nəfər olub və onlardan 896,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 595,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
2014-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 426,3 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.