6 C
Baku
Thursday, January 16, 2025

Aylıq əməkhaqqı açıqlandı

2015-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1504,7 min nəfər olmuş, onlardan 874,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Muzdla işləyənlərin 22,5 %-i təhsildə, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,1 %-i sənayedə, 8,8 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 %-i tikintidə, 4,6 %-i nəqliyyat və anbar təsərrüfatında, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 %-i informasiya və rabitə sahəsində və 17,9 %-i iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2015-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 452,3 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Son xəbərlər
Digər xəbərlər