17 C
Baku
Friday, October 18, 2024

Aylıq müavinət nədir və kimlərə verilir?

Konstitusiyamıza əsasən, hər kəsin sosial təminat hüququ vardır. Bu baxımdan sosial-demoqrafik vəziyyətinə görə gəlir əldə etmə imkanları məhdud olan ayrı-ayrı kateqoriya şəxslərə dövlət tərəfindən yardım məqsədi ilə sosial müavinətlər verilir. Bu müavinət növlərindən biri də aylıq sosial müavinətlərdir.
Banker.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, aylıq müavinətlər – dövlət qulluqçularına, vətəndaşlara yaşa görə, ailə başçısını itirməyə görə, əlilliyə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə), 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara və övladlığa götürülən uşağa görə dövlət tərəfindən sosial yardım məqsədilə pul şəklində verilir.
Aylıq müavinətlər maliyyələşmə mənbələrinə görə dövlət büdcəsi və məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinətlərə bölünür.
Son xəbərlər
Digər xəbərlər