Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “AVL sistemi və AVL İT infrastruktur xidmət səviyyəsi müqaviləsi” ilə bağlı satınalma həyata keçirib.
Məlumata görə, agentlik bu çərçivədə NEC Telekomünikasyon ve Bilgi Teknolojileri Ltd. Şti. şirkəti ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 2 milyon 100 min manat təşkil edir.
Qeyd edək ki, layihə nəqliyyat sistemində istifadə olunan AVL (Automatic Vehicle Location) texnologiyası və onun İT infrastrukturunun xidmət səviyyəsinin təmin edilməsini əhatə edir.





