15 C
Baku
Monday, March 17, 2025

AYNA: Bakıda 507 avtobusda kartla ödəniş mümkün deyil

Bakı şəhəri üzrə sərnişindaşımada istismar edilən avtobusların sayı 2203-ə çatdırılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 2022-ci ildə bu göstərici 1720 olub.

Hazırda Bakı şəhəri üzrə fəaliyyət göstərən 1696 avtobusda ödənişlər nağdsız qaydada həyata keçirilir. Bu da avtobus parkının 77%-ni təşkil edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər