8 C
Baku
Monday, November 18, 2024

AYNA “BakıKart”la bağlı istifadəçilərə xəbərdarlıq edib

Sosial mediada “BakıKart” adı altında saxta səhifələr açılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

Agentlik bəyan edib ki, bu səhifələr “4 AZN ödəyərək 6 ay pulsuz istifadə” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

“Təhlükəsizliyinizi qoruyun:

• Rəsmi “BakıKart” səhifələrini izlədiyinizə əmin olun.

• Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.

• Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.

Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın!”, – deyə açıqlamada qeyd olunub.

a31ccd73 1284 33e1 9cc9 70817b23ab59

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər