Bakıda mobilliyin təminatı, tıxacların azaldılması, ictimai nəqliyyatın inkişafı, Bakının ən yaxşı şəhərlər sırasında ilk 30 yerdə qərarlaşması 2030-cu ilədək əsas hədəflər sırasındadır.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
O bildirib ki, təhlükəsizliyin artırılması və karbon emissiyasının azaldılması əsas hədəf istiqamətlərindəndir.