13 C
Baku
Friday, May 10, 2024

AYNA: Bu halda nəqliyyat vasitələrinin parklanması üçün ödəniş tələb olunmur

15:38

Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən deyilib.

Bildirilib ki, yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən də ödəniş tələb olunmur: “Bunun üçün xüsusi parklanma talonları mövcuddur”.

“Yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflıq müşahidə edilir. Belə ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və sms vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir. Küçədə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. AYNA sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edir”, – deyə bildirilib.

***

10:15

Parklanmaya görə sürücülərdən nağd pul tələb edilməsi qanunsuzdur.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.

“Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir”, – deyə məlumatda bildirilib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər