9 C
Baku
Thursday, December 12, 2024

AYNA: Bu il Rusiyaya yükdaşımalar üçün 20 minə qədər icazə ala biləcəyik

“Dünən icazə blanklarının bölgüsü proqramını istifadə etdik”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, daşıyıcı şirkətlərə icazə blanklarının verilməsi sayı ilə bağlı qərar həmin şirkətlərin bazar payı əsas götürülməklə verilib.

“Ötən il Rusiyaya yükdaşımalar üçün 11 min 400 icazə vərəqi verilib. Bu il 20 minə qədər icazə ala biləcəyik. Əvvəl 1000 icazə blankının bölgüsü 4-5 aya baş tuturdusa, bu ay artıq 2000 icazə blankının bölgüsü olub”, – deyə A.Rzayev bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər