Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək:
“Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək”, – deyə açıqlamada qeyd olunub.