Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Prezident İlham Əliyevin əsasnaməsini ötən il dekabrın 30-da təsdiq etdiyi “AYNA” informasiya sisteminin yaradılması üçün açıq tender elan etmişdir.
Banker.az xəbər verir ki, tenderin qalibi “Az Softvare System” MMC olub.
Qalib şirkətlə 6 783 949.80 AZN məbləğində satınalma müqaviləsi imzalanıb.