28 C
Baku
Saturday, July 27, 2024

AYNA: Müəyyən xətlər üzrə avtobuslararası interval azaldılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) marşrut xətlərində avtobus sayını gündəlik nəzarətə götürüb. Avtobusların hərəkətində faziləsizlik təmin edilir.

Bu barədə AYNA-dan bildirilib.

Agentlikdən verilən məlumata görə, müəyyən xətlər üzrə avtobuslararası interval azaldılıb, bəzi marşrut xətlərində isə kiçiktutumlu avtobuslar iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənib.

“Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunub”, – deyə vurğulanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər