Bakıda pik saatlarda avtobuslarda yüklülük 70 %-dən aşağı olarsa, onların sərnişinlər üçün cəlbediciliyi daha artacaq.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, avtobusların cəlbediciliyinin artırılması intervallarla, avtobusların tutumu və marşrtutların optimallaşdırılması ilə bağlıdır: “Bizim hesablamalarımıza görə, Bakı şəhərində 2 500 avtobus fəaliyyət göstərməlidir. Yəni hazırda əlavə 500 avtobusa ehtiyac var. İnsanlar uzaqdan baxanda avtobus boş kimi təsürrat yaranmalıdır”.
Bundan başqa, A. Rzayev qeyd edir ki, avtobusların müntəzəmliyi qorunmalıdır: “Yəni daşıyıcı istədiyi anda xidməti dayandıra bilməz. Marşrut xətləri 24:00-a kimi fəaliyyət göstərməlidir və sərnişin dayanacağa yaxınlaşanda bilməlidir ki, avtobus gələcək”.