24 C
Baku
Friday, August 8, 2025

AYNA: Sabah Bakıda bu avtobus pulsuz olacaq

İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq.

Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq:

“Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur”.

Vurğulanır ki, saat 16:00–20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı Olimpiya Stadionu istiqamətində avtobuslar fəaliyyət göstərəcək:

“Koroğlu” m/st (Nəqliyyat Mübadilə Mərkəzi)

“Qara Qarayev” m/st

“28 May ” m/st

“20 Yanvar” m/st

Bakı Olimpiya Stadionundan əks istiqamətdə isə avtobuslar saat 23:00-dan etibarən yola düşəcək.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər