13 C
Baku
Saturday, November 23, 2024

AYNA: “Taksi aqreqatorları qanunvericilikdəki boşluqlardan istifadə edir”

Azərbaycandakı taksi aqreqatorları qanunvericilikdəki boşluqlardan istifadə edir, dövlət qurumları ilə əməkdaşlıqda maraqlı olmur.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Qanunvericilikdə taksi aqreqatorları, eləcə də avtobus hesab edilməyən, taksi də olmayan nəqliyyat vasitələri ilə sərnişindaşımaya dair boşluqlar var. Məqsədimiz bu boşluqları aradan qaldırmaq, qanunvericiliyə ediləcək dəyişikliklərlə sözügedən sahədə fəaliyyəti tənzimləməkdir”, – deyə o qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər