Əvvəllər Yaponiyada yalnız kişilər məktəbdə müəllim kimi işləyə bilirdi, müəllimlik kişi peşəsi hesab olunurdu.
Yapon müəllimləri arasında qadınların sayı yarıdan da azdır.
Əksər Yapon məktəblərində yeməkxana yoxdur və uşaqlar bir-başa sinifdə nahar edirlər.
Çexiyada məktəb tətilləri yay və qışda olur. Yay tətilləri iki ay davam edir.
Çex məktəblərində də beş ballıq qiymətləndirmə sistemi tətbiq olunur, amma ki, “beş” ən pis qiymət, “bir” isə ən yaxşı qiymət hesab olunur.
Çexiyada əksər məktəb müəllimləri bir neçə fəndən dərs deyə bilir. Məsələn, bir müəllim həm riyaziyyatdan, həm bədən tərbiyəsindən, digəri isə çex dili, nəğmə və kimyadan dərs deyir.
Finlandiyada şagirdin öz istəyi olmadan onu dərs danışmağa çıxarmırlar. Bu ölkədə belə hesab olunur ki, bir şagirdin nöqsanlarını onun digər həmyaşıdları və sinif yoldaşları arasında aşkar və bəyan etmək yolverilməzdir.
Fin məktəblərində sinifdə eyni anda iki müəllim çalışır –müəllim və onun köməkçisi.
Finlandiya məktəblərində hər dərsdən sonrakı tənəffüs ərzində şagirdlər fəsildən və havadan asılı olmayaraq açıq havaya çıxmalıdır.
Kuba məktəblərində yuxarı sinifdə oxuyan şagirdlər müəyyən bir peşəni mənimsəməyə başlamalıdır. Şəhər məktəblərində oxuyan şagirdləri 5-7 həftəliyə kənd təsərrüfatı işləri ilə məşğul olmağa aparırlar.
İsveçdə məktəb direktoru istedadlı şagirdi ilin sonunu gözləmədən bir sinifdən digərinə keçirə bilər. Lakin bundan ötrü həm də valideynlərin razılığı tələb olunur.
Çin universitetlərində bir dərsin (qoşa saatın) davamiyyət müddəti 40 dəqiqədən çox ola bilməz.
Çində uşaqların qış tətili dekabrın sonundan fevralın əvvəlinə qədər davam edir. Bu zaman ölkədə Yeni İli qeyd edirlər.
İrlandiyada 6-15 yaşlı uşaqlar üçün məktəb dərslərində iştirak məcburidir. Tələbələrin dərsdə iştirakı (davamiyyət məsələsi) isə sərbəstdir.
Norveç məktəblərində şagirdlər yaş qruplara bölünür – ibtidai siniflər, 14 yaşlı yeniyetmələr və 18 yaşlı gənclər. Onların ayrı-ayrı binalarda oxuması diqqətə layiq amildir.
Norveç məktəblərində səkkizinci sinfə qədər uşaqlara qiymət qoymurlar.