19 C
Baku
Tuesday, May 6, 2025

Aysel Soltanova AZCON-un icraçı direktorunun müşaviri təyin edilib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoruna müşavir təyin edilib.

Bu barədə AZCON-dan bildirilib ki, bu vəzifə Aysel Vaqif qızı Soltanovaya həvalə edilib.

Qeyd edək ki, A.Soltanova 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Amerikaşünaslıq üzrə bakalavr, Mərkəzi Avropa Universitetində İctimai siyasət üzrə magistratura təhsili alıb. Hazırda təhsilini İngiltərənin York Universitetində Biznes administrasiyası (MBA) ixtisası üzrə davam etdirir.

O, əmək fəaliyyətinə “BP” şirkətində başlayıb, daha sonra Beynəlxalq Əmək Təşkilatında fəaliyyət göstərib. 2011-2023-cü illərdə “Procter & Gamble”, “Azərkosmos” və “Aztelekom” kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilin yanvarından son təyinata qədər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər