Azəbaycan: Ən çox valyuta aparan və gətirən ölkələr [siyahı]

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirir. Burada, 102 ölkə məhsul ixrac olunan, 166 ölkə isə idxal olunan ölkədir.

Banker.az olaraq Azərbaycanın ticarət tərəfdaşları ilə hansı ölkəyə daha çox idxal və ya ixracla bağlı statistikanı təqdim edəcəyik. Qeyd edək ki, verilmiş rəqəmlər Dövlət Statistika Komitəsinin rəsmi məlumatına istinaddır.

İlk öncə bildirək ki, 2018-ci ilin ilk 8 ayında ümumi olaraq xarici ticarət dövriyyəsi 20,28 mlrd ABŞ dolları həcmindədir ki, bununda 13, 41 mlrd. dolları ixrac olunmuş malların dəyəri, 6,86 mlrd. dollardan çoxu isə idxal olunmuş, yəni ölkəyə gətirilmiş mallardır. Bununla da öncəki xəbərimizdə dediyimiz kimi ölkəmiz 6,55 mlrd. dollarlıq müsbət ticarət saldosu etmiş olub.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən Azərbaycanın ixrac etdiyi mallarda pay sahibliyi aşağıdakı kimidir (2018, yanvar-sentyabr) :

  • 27,7% — İtaliya,
  • 8,4% — Türkiyə,
  • 6,7% — İsrail,
  • 4,8% — Almaniya,
  • 4,6% — Hindistana,
  • 4,3% — Tayvan (Çinin əyaləti),
  • 3,8% — Çexiya,
  • 3,6% — İndoneziya,
  • 3,3% — Kanada,
  • 3,2% — Rusiya,
  • 3,1% — Portuqaliya,
  • 3,0% — Fransa,
  • 2,8% — Gürcüstan,
  • 2,6% — İspaniyay,
  • 18,1% — digər ölkələr

Ölkəmizə idxal olunmuş məhsulların pay sahib olduğu ölkələr isə belədir(2018, yanvar-sentyabr):

  • 15,5% — Rusiya,
  • 14,6% — Türkiyə,
  • 10,5% — Çin,
  • 6,3% — Almaniya,
  • 5,2% — ABŞ,
  • 4,0% — Ukrayna,
  • 3,2% — İtaliya,
  • 2,8% — Yaponiya,
  • 2,6% — İran,
  • 2,4% — Cənubi Afrika Respublikası,
  • 2,3% — Birləşmiş Krallıq,
  • 2,2% — İsveçrə,
  • 28,4% — digər ölkələr.

İdxal üzrə ən çox məhsul qəbul etdiyimiz Rusiya olmasına rəğmən ixracda hətta rəqəmlərə Kanadadan belə aşağıda durur. Hətta bir faktı qeyd etməliyik ki, ötən il ixrac payında 5,1%(eyni dövürdə) pay sahibliyi olduğu halda bu il 3,1%-ə düşüb.

İxrac payına başçılıq edən İtaliya ötən il ilə müqayisədə bu il pay sahibliyini 21,4%-dən 27,7%-ə qədər artırıb. İkinci yerdə olan Türkiyədə isə 6%-dən 8,4% ilə yerini qoruyub. İxracdakı pay sahibliyində ən yaxşı artım göstəricisi İsrail də olmaqla – ötən il 3,8% olduğu halda, bu il  6,7%-ə qədər artaraq TOP3-lüyə daxil olub.

DİGƏR MƏLUMATLAR:

2018-ci ilin yanvar-avqust aylarında 10,94 mlrd. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 13,5 faiz, real ifadədə isə 4,0 faiz çoxdur.

2018-ci ilin yanvar-avqust aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 37,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,2 dəfə, kartof – 15,5 faiz, bitki yağları – 1,2 faiz, meyvə və tərəvəz konservləri – 14,9 faiz, polietilen – 16,8 faiz, emal olunmamış alüminium – 18,3 faiz, pambıq lifi – 2,1 dəfə, qara metallardan borular – 8,4 faiz, pambıq ipliyi – 25,7 faiz artmış, təzə tərəvəz ixracı isə 3,3 faiz, şəkər – 39,4 faiz, tütün – 23,3 faiz, meyvə və tərəvəz şirələri – 13,0 faiz, çay – 22,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 16,9 faiz, qara metallardan yarımfabrikatlar – 69,7 faiz, bentonit gili – 4,5 faiz azalmışdır.

2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2018-ci ilin yanvar-avqust aylarında buğda idxalı 20,4 faiz, bitki yağları – 5,0 faiz, təzə meyvə – 50,2 faiz, çay – 9,0 faiz, quş əti və onun əlavə məhsulları – 16,4 faiz, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,6 dəfə, qara metallardan çubuqlar – 32,0 faiz, mineral gübrələr – 57,2 faiz, mebellər – 22,5 faiz, hesablama maşınları, blok və qurğuları – 6,5 faiz, polietilen – 34,2 faiz, məişət kondisionerləri – 27,0 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 20,9 faiz, sement və sement klinkerləri – 64,8 faiz, məişət soyuducuları – 2,1 dəfə artmış, siqaret idxalı isə 1,6 faiz, xam şəkər və şəkər – 36,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 22,0 faiz, kartof – 18,4 faiz, mal əti – 21,7 faiz, təzə tərəvəz – 47,1 faiz, polad prokatı – 3,2 faiz, qara metallardan künclüklər ­– 5,4 faiz, avtobuslar – 25,4 faiz azalmışdır.